15 
Yan
2019
15:21
22
367
8767
Virtual karabakh

Təqvim aylarının adları dəyişdirilməlidirmi? - SORĞU

15 Yan, 2019
15:21
8767

Təqvim aylarının adları dəyişdirilməlidirmi? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli təqvim aylarına milli adların verilməsini təklif edib.

Tahir Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: 

İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr)

Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.

Görəsən, şəhər sakinlərinin ayların adının dəyişdirilməsinə münasibəti necədir?

Baku TV şəhər sakinləri arasında mövzu ilə əlaqədar sorğu keçirib:

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri