16 
Yan
2019
10:13
14
116
2958
Virtual karabakh

Nərimanovda anbar yanıb - VİDEO

16 Yan, 2019
10:13
2958

Nərimanovda anbar yanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə paytaxtın Nərimanov rayonu ərazisində güclü yanğın olub.

Oxu.Az-ın xəbərinə görə, görüntüləri Baku TV-yə hadisə şahidləri göndəriblər.

Yanğın gecə saatlarında rayonun C.Hacıbəyli küçəsində yerləşən kağız tullantılarının olduğu anbarda baş verib. 

Hadisə şahidinin verdiyi məlumata görə, yanğın yaxınlıqda dayanan “Ford tranzit” markalı maşına ciddi ziyan vurub. Maşının bir hissəsinin yandığı bildirilib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verdiyi məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində 4 m² sahədə kağız tullantıları və yaxınlıqda dayanmış “Ford” markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri