16 
Yan
2019
15:52
243
58
21848
Virtual karabakh

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

16 Yan, 2019
15:52
21848

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini aşmamalı və ara məsafəni normadan artıq gözləməlidir.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir:

“Tövsiyə edilir ki ,şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edilsin. Nazirliyin qeyd etdiyi kimi, gözlənilən kəskin hava şəraitində sürücülər yollarda daha ehtiyatlı olmalıdırlar. Peşəkar və ya qeyri-peşəkar sürücülərdən yağışlı, küləkli havalarda paytaxtın enişli-yoxuşlu yollarında sürət həddini azaltması məsləhət görülür.

Belə hava şəraitində qəzalardan yayınmaq üçün maksimum diqqətli olmalı, avtomobillərin dövlət qeydiyyat nömrələrinin aydın seçilməsinİ təmin etməlidirlər. Bundan başqa, hava şəraiti ilə əlaqədar parkinq məsələsində də diqqətli olmaq lazımdır.

Gözlənilməz hadisələrdən yayınmaq və avtomobilə dəyə biləcək maddi ziyanın qarşısını almaq məqsədilə ağacların altında avtomobil saxlamaq tövsiyə edilmir. Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bütün qurumlar üzərinə düşən tədbirləri görürlər. Vətəndaşlardan da diqqətli olmağı və yol hərəkəti qaydalarına maksimum dərəcədə əməl etmələri xahiş edilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri