16 
Yan
2019
17:08
131
99
5203
Virtual karabakh

“Azərsu” gücləndirilmiş iş rejiminə keçib

16 Yan, 2019
17:08
5203

“Azərsu” gücləndirilmiş iş rejiminə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı proqnozla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar olaraq yanvar ayının 15-də qurumda rayon Sukanal idarələrinin rəhbərləri ilə görüş keçirilib:

“Görüşün məqsədi məsələ ilə bağlı idarə rəhbərlərinə xüsusi tapşırıqların verilməsi olub. Belə ki, kəskin hava şəraiti olacaq günlərdə idarələrin bütün əməkdaşları növbətçilik rejiminə keçmələri tapşırılıb. Tapşırığa görə, yerli sukanal idarələri gücləndirilmiş iş rejimində çalışacaq, növbətçilik tam şəkildə təmin olunacaq.

Məqsəd həmin günlərdə əhalini dayanıqlı və keyfiyyətli içməli suya olan tələbatını ödəməkdir. Necə ki, əhali adi günlərdə 24 saat içməli su ilə təmin olunur, həmin günlərdə də su ilə təminatda fasilə yaranmayacaq. Qrafiklə su alanlar da eyni qrafikdə içməli su ilə təmin olunacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri