16 
Yan
2019
20:50
23
167
6197
Virtual karabakh

Şəkidə Olimpiya məhəlləsində təhlükəli tapıntı - FOTO

16 Yan, 2019
20:50
6197

Şəkidə Olimpiya məhəlləsində təhlükəli tapıntı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki şəhərində top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Oxu.Az-a verilən məlumata görə, Agentliyə Şəki şəhəri, Olimpiya məhəlləsi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri