18 
Yan
2019
17:23
23
205
3604
Virtual karabakh

Akademik: İnsanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər

18 Yan, 2019
17:23
3604

Akademik: İnsanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında çıxışı zamanı adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov hesab edir ki, bununla bağlı mövcud qanunvericilik aktında ciddi dəyişikliklərə ehtiyac var: 

“Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar İşçi Qrupu yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyacı var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.

Ə.Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür:

“Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri