18 
Yan
2019
16:59
196
44
2670
Virtual karabakh

Deputat: Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir

18 Yan, 2019
16:59
2670

Deputat: Stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu yaxınlarda açıqladığı hesabata görə, İİV virusu və hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı adıçəkilən komitənin yanvarın 18-də  keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də, dünyanın bir çox ölkələrində stomatoloji xidmət üzrə fəaliyyət asanlaşdırılıb:

“Bu sərbəstlik olduğuna görə bu gün Azərbaycanda istənilən şəxs - həkim, yaxud həkim olmayıb bizneslə məşğul olan şəxs, - stomatoloji kabinet açır və sonra da mütəxəssisləri cəlb edərək lisenziya alır. Monitorinq aparsaq, özümüz şahidi olarıq ki, stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir. Ona görə də bu mövzuda parlamentdə dinləmələrin keçirilməsi yaxşı olardı”.

Sözügedən komitənin sədr müavini Musa Quliyev də həmkarının fikirlərini və təklifini dəstəkləyib.

O təklif edib ki, M.İbrahimqızı tərəfindən “Stomatoloji xidmətlər haqqında” qanun layihəsi işlənilib, hazırlansın.

“Hesab edirəm ki, belə bir qanun layihəsi işlənilib-hazırlanıb, müzakirələrə təqdim edilsə, yaxşı olar”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri