19 
Yan
2019
10:20
63
74
5650
Virtual karabakh

ASAN mərkəzləri bir gün işləməyəcək

19 Yan, 2019
10:20
5650

ASAN mərkəzləri bir gün işləməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildiriliк ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq. Yanvarın 21-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri