20 
Yan
2019
09:35
46
271
8707
Virtual karabakh

20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

20 Yan, 2019
09:35
8707

20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşadığımız ömrün müxtəlif məqamlarında bizi düşündürən, narahat edən, sevindirən, ağladan, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən, bir anın içində əridib yox edə bilən hadisələrlə rastlaşırıq. Biz xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik.

Düz 29 il öncə neçə soydaşımız ölümün gözünə dik baxa bildiyi üçün adlarını vətənpərvərlik tarixinə qanlı həriflərlə yazdılar.

O qanlı gecədə bəxti üzünə gülüb canlarını sağ qurtaranlar da olub. Onlardan biri də 2-ci qrup 20 Yanvar əlili Mübariz İsmayılovdur.

Mübariz İsmayılov o gecəni belə xatırlayır. 

“Bir neçə tələbə yoldaşimla əli yalın, düşmənə müqavimət göstərməyə çalışırdıq. Yoldaşlarımdan biri yaralandı, bir neçəsi isə gözümün qarşısında can verdi. Daha sonra mən də dörd yerimdən güllə yarası aldım. Bir nəfər məni o gülləboranın içərisindən çəkib öz evinə gətirdi. Səhərə qədər yaralı vəziyyətdə orda qalmalı oldum. 

Sonra məni xəstəxanaya aparıblar. Ailəm Naxçıvanda qalırdı. Orada da vəziyyət gərgin idi. On gün sonra mənim yanima gələ bildilər. 20 Yanvar hadisələrindən artıq bir müddət keçmişdi ki, məni xilas edən ailənin qızı ilə evləndim. Mən yaralı halda o evə gətiriləndə Yasəmənin 10 yaşı vardı.

Oxu.Az Baku TV-yə istinadən daha ətraflı videosüjeti təqdim edir:

 
Billurə Mikayıllı, Valeh Arifoğlu, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri