21 
Yan
2019
12:28
13
194
5133
Virtual karabakh

Göyçayda ağır qəza: ölən və yaralılar var - FOTO

21 Yan, 2019
12:28
5133

Göyçayda ağır qəza: ölən və yaralılar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı-Yevlax avtomagistralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 km-də, Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Qəza zamanı minik və yük maşınları toqquşub. Nəticədə, Göyçay rayon Xəlitli kənd sakini Məmmədov Rəşad Faiq oğlu, 1973-cü il təvəllüdlü Mehman Cavadov, Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Qinyaz Vaqif oğlu, Ağsu rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Ziyad Əmrah oğlu və Ağsu sakini, 1970-ci il təvəllüdlü Qaçayev Bünyad Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Vəziyyəti daha ağır olan Mehman Cavadovun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri