21 
Yan
2019
17:24
258
17
9790
Virtual karabakh

Balaca Əliyə kömək edin - FOTO

21 Yan, 2019
17:24
9790

Balaca Əliyə kömək edin - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkildə gördüyünüz balacanın sizin köməyinizə ehtiyacı var. Əli Əlizadə 2009-cu ildə anadan olub. 

Oxu.Az xəbər verir ki, həkimlər uşaqda antifosfolipt sindromu olduğunu deyiblər. 

Təcili şəkildə altı ay güclü müayinə və həkim nəzarətində saxlanmalı olduğu bildirilib. Həkimlər Əlinin müalicəsinin Türkiyədə - Ankaradakı klinikalardan birində davam etdirməsini tövsiyə ediblər. Klinikanın ödənişləri isə olduqca bahadır və ailənin buna maddi imkanı çatmır.

Altı aylıq müalicə ərzində Əlinin dərmanları İngiltərədən gətirildiyi üçün ödənişlər gecikdikcə, Əlinin sağalmasına ümid də azalır. Anası hazırda Türkiyədə balaca Əlinin yanında qalır.

Həkimlər uşağın vəziyyətinin kritik olduğunu deyirlər. Ailəsi media vasitəsilə xeyirxah insanlara müraciət edərək kömək istəyir. Əlini ölümün pəncəsindən almağa kömək etmək istəyən şəxslər şəkildə göstərilən bank hesabına pul köçürməklə yardım edə bilərlər.

Əlinin ailə üzvləri ilə əlaqə saxlamaq üçün aşağıdakı nömrəyə "whatsapp" üzərindən yazıb əlaqə saxlaya bilərsiz:

050 373 79 99

 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri