22 
Yan
2019
17:12
10
398
4189
Virtual karabakh

Şamaxıda iki nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB + VİDEO

22 Yan, 2019
17:12
4189

Şamaxıda iki nəfər dəm qazından zəhərləndi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda daha bir qadın dəm qazından boğulub.

Oxu.Az xəbər verir ki, hadisə bu gün 15:00 radələrində şəhərin İmamlı 81 ünvanında baş verib.

Şamaxı sakini, 1977-ci il təvəllüdlü Əsgərova Rəksanə Əlqardaş qızı hamam otağında dəm qazından boğulub. Onun köməyinə ailə üzvləri gəlib.

Evə çağrılan Təcili Tibbi Yardım briqadasının həkimləri xəstəyə ilkin yardım göstərib. Onun vəziyyəti ağır olduğundan Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır.

15:26

Şamaxının Şəhriyar qəsəbəsində tələbə qız dəm qazından boğulub.

Oxu.Az xəbər verir ki, Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Nəsibli Güldəstə Elçin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

G.Nəsibli hadisə yerinə gələn təcili  tibbi yardım avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, G.Nəsibli Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında təhsil alır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri