22 
Yan
2019
16:24
195
55
4244
Virtual karabakh

Agentlik heyvan kəsimi məntəqələrinə xəbərdarlıq etdi - FOTO

22 Yan, 2019
16:24
4244

Agentlik heyvan kəsimi məntəqələrinə xəbərdarlıq etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, yanvarın 22-də Agentlik tərəfindən paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Agentlik tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri