22 
Yan
2019
20:31
24
164
3510
Virtual karabakh

Qazaxda raketlər aşkarlandı - FOTO

22 Yan, 2019
20:31
3510

Qazaxda raketlər aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunda partlamamış iki raket aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Böyük Cəfərli kəndi ərazisində iki ədəd mərminin tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan sərhəddinə (Dövlət Sərhəd Xidmətinin xidməti ərazisinə) baxış keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış iki ədəd 40 mm-lik PQ-7V raketi aşkar olunub, daşınması mümkün olmadığına görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.

Raketlərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri