23 
Yan
2019
14:25
24
150
3949
Virtual karabakh

Nizami rayonunda su borusu partladı - VİDEO

23 Yan, 2019
14:25
3949

Nizami rayonunda su borusu partladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun “Qara Qarayev” stansiyası yaxınlığında Tofiq Abbasov 15 ünvanında təmir zamanı su borusu partlayıb. Təzyiqlə gələn su ətrafda gölməçə yaradıb. 

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum əməkdaşları hadisə yerinə baxış keçirib:

“Hadisə ilə bağlı bizə müraciət daxil olan kimi əməkdaşlarımız əraziyə göndərilib. Hadisə Nizami rayonun Əlif Hacıyev küçəsi ilə Tofiq Abbasov 15 ünvanının kəsişməsində qeydə alınıb. Su borusu bərpa edilib.

Müəyyən saatlarda ərazidə içməli suyun verilişində fasilələr yaranıb. Hazırda isə bütün işlər yekunlaşdırılıb, əraziyə içməli suyun verilməsində heç bir problem yoxdur”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri