23 
Yan
2019
16:49
53
531
28068
Virtual karabakh

Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü - YENİLƏNİB + VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ döyüşlərində şəhid olmuş Milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir etdiyinə görə məhkəməyə verilən Nərmin Şahmarzadənin məhkəmə prosesi olub. 

Oxu.Az-ın məlumatına görə, məhkəmə iclası insidentsiz ötüşməyib. 

İclasda iştirak edən Qarabağ qaziləri məhkəməyə etiraz ediblər. 

Onlar Nərminə cəza verilməsini tələb edərək, onun “mən erməniləri özümə düşmən bilmirəm” deməyinə narazılıqlarını bildiriblər.

13:40

Xətai Rayon Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. 

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib. 

Vəkilin sözlərinə görə, hakim şikayətə mahiyyəti üzrə baxmaqdan imtina edib: 

“Nərmin Şahmarzadə ilə bağlı işə xitam verildiyini barədə yazan saytlara və KİV nümayəndələrinə demək istəyirəm ki, şikayətimizi hakim icraata götürmədi necə xitam verə bilər? Yalan məlumatdır. Hakim şikayəti icraata qəbul edib, lakin şikayətimizə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Qərarı götürəndən və iclas protokolları ilə tanış olduqdan sonra sonrakı addımlarımızı müəyyən edəcəyik”. 

Qeyd edək ki, Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. 

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri