23 
Yan
2019
14:33
24
142
1749
Virtual karabakh

Ailə qadına deyir ki, zorakılığa dözməlisən - RƏY

23 Yan, 2019
14:33
1749

Ailə qadına deyir ki, zorakılığa dözməlisən - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boşanmaların sayının çoxalması normal bir prosesdir.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qadınlar ailə həyatı qurur və illər boyu zorakılığa məruz qalırlar:

“Ailə də qadına deyir ki, zorakılığa dözməlisən. Qadınla bərabər uşaqlar da psixoloji təzyiqlərə məruz qalırlar. Bunu düşünmürlər. Bu gün insan haqlarından danışırıqsa, niyə qadın o zorakılığa dözməlidir?”

Sədaqət Qəhrəmanova bildirib ki, cütlüklər boşanmadan sonra ailəyə münasibətlərinin normal qalmasını düşünməlidir:

“Münasibətlər düşmənçiliyə çevrilməməlidir. Çünki onların uşaqları var və boşansalar da, valideyn məsuliyyətini yerinə yetirməlidirlər. Bu gün Azərbaycanda problemlərdən biri də aliment problemidir. Qadın uşaqları çətinliklə böyüdür, amma kişi aliment vermək istəmir. Onlar hesab edir ki, uşaqları elə qadın böyütməlidir. Bəzən də kişilər müraciət edirlər ki, alimentin məbləği azaldılmalıdır”.

“Fikrimcə, inkişaf etmiş cəmiyyətdə boşanmağa normal baxmaq lazımdır. Ajiotaj yaratmaq yox, problemin həlli istiqamətində işlər görülməlidir”, - deyə sədr müavini qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri