23 
Yan
2019
15:45
259
24
7004
Virtual karabakh

AzTV-də “təmizləmələr” başladı

23 Yan, 2019
15:45
7004

AzTV-də “təmizləmələr” başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qurumda aparılan ixtisarlara münasibət bildirib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda televiziyada kadr islahatları aparılır:

“Bu məsələ elədir ki, daimi prosesdir. Həmişə televiziyada kadr islahatları aparılıb və bu proses davam edəcək. Burada təəccüblü heç nə yoxdur. Maliyyə şöbəsinin müdiri Malik Nağıyev, baş mühasib Məmmədəli Ağayev və Maliyyə İdarəsinin rəisi Şahrza Əliyev tutduqları vəzifədən azad olunublar”.

Xatirə Qasımova qeyd edib ki, QSC-nin keçmiş aparat rəhbəri Dəyanət Cəfərovun yerinə Cabbar Quliyev təyinat alıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri