23 
Yan
2019
18:24
222
50
7387
Virtual karabakh

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

23 Yan, 2019
18:24
7387

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu il avtomatlaşdırılması nəzərdə tutulur.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hazırda Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək.

Nəticədə isə uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri