23 
Yan
2019
21:38
23
249
5332
Virtual karabakh

Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu - YENİLƏNİB

23 Yan, 2019
21:38
5332

Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonundan Ağcabədi rayonuna gedən elektrik xətlərində yaranmış problem tam aradan qaldırılıb. 

“Azərişıq” ASC-dən Oxu.Az-a verilən məlumata görə, artıq Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı və Rzalı kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.

19.37

Ağdam rayonundan Ağcabədi rayonuna gedən elektrik xətlərində baş verən qəza səbəbindən Ağdam rayonunun bir neçə kəndi 6 saata yaxın müddətdə işıqsız qalıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində Ağdamın bir neçə kəndinə elektrik enerjisinin verilişi dayandırılıb:

“Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndlərində qəza ilə əlaqədar elektrik enerjisi təminatı dayandırılıb. Dəyişkən hava şəraiti, güclü duman, çiskinli hava olduğu üçün naqillərdə baş verən problemin aradan qaldırılması vaxt aparır. Əməkdaşlarımız hazırda hadisə yerində çalışır. Operativ şəkildə qəza baş verən ərazi müəyyən edilib. Təxminən 20-30 dəqiqə ərzində sözügedən ərazilərə elektrik enerjisinin verilişi tam şəkildə bərpa ediləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri