24 
Yan
2019
11:46
62
33
2261
Virtual karabakh

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər - VİDEO

24 Yan, 2019
11:46
2261

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə Oxu.Az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1 306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri