25 
Yan
2019
09:58
275
17
7792
Virtual karabakh

Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTO

25 Yan, 2019
09:58
7792

Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən ailəni xilas edən azərbaycanlı qardaşlar ÜmidSabir Şirinovu “Müqəddəs Nikolay Xaçı” ordeni ilə təltif edib. 

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Nikolayev vilayət şurasının mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər. 

“Mən səmimi qəlbdən sizə təşəkkür etmək istəyirəm. Nikolayev sakinləri sizin necə qəhrəmancasına addım atdığınızı bilirlər. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız. Regionda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm. Sizə “Müqəddəs Nikolay Xaçı” ordeni təqdim edirəm. Bu mükafatı biz Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, eləcə də, kimlərinsə həyatlarını qurtaran şəxslərə veririk”, - şura sədri bildirib. 

Nikolayev bölgəsindəki Ukrayna Fövqəladə Hallar Baş İdarəsindən bildirilib ki, Şirinov qardaşlarının “İlin qəhrəman xilasedicisi” aksiyasında iştirak üçün namizədliklərini təklif edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri