Fev
2019
12:45
111
32
2395
Virtual karabakh

Azərbaycana qızılca əleyhinə vaksin gətirilir - VİDEO

1 Fev, 2019
12:45
2395

Azərbaycana qızılca əleyhinə vaksin gətirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabr ayından başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınıb. Aparılan təhlillər onu göstərir ki, qızılca xəstəliyi 20-40 yaş arası insanlarda və peyvənd olunmayanlarda müşahidə olunur.

Bu sözləri Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. 

O bildirib ki, hazırda qızılca xəstəliyi yayılıb və uşaqların xəstəliyə yoluxmaması üçün valideynlər təqvimə uyğun peyvənd etdirməlidirlər.

Müsahibimizin sözlərinə görə, bu xəstəlik 20 günə kimi davam edir. 

Afaq Əliyeva qeyd edib ki, uşaqlarla yanaşı, böyük yaşda insanların da peyvənd olunması üçün  yaxın zamanda ölkəyə qızılca, məxmərək əleyhinə vaksin gətiriləcək. 

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri