Fev
2019
12:10
106
660
21536
Virtual karabakh

Rusiyada azərbaycanlı biznesmenin qatili tutuldu - YENİLƏNİB

5 Fev, 2019
12:10
21536

Rusiyada azərbaycanlı biznesmenin qatili tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Arxangelsk şəhərində 27 yaşlı azərbaycanlı iş adamı Hüseynov Ruslan Arif oğlunun qətli sifarişli olub. Qatil peşəkarcasına hərəkət edib. 

Echosevera.ru saytının verdiyi məlumata görə, ilkin ehtimallarda qətlin şəhərin Plesetsk və Karqopolsk rayonlarında gedən meşə sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı olduğu bildirilib. 

Biznesmenin qatili bu gün Boronej şəhərindəki evlərdən birində ələ keçib. Polis bölməsinə gətirilən 47 yaşlı kişi cinayəti etiraf edib. 

Xatırladaq ki, A.Hüseynovun cəsədi yanvarın 31-dən fevralın 1-nə keçən gecə Karqopolsk rayonunda tapılıb. 

2 fevral, 12:42

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Bu barədə Report məlumat yayıb.

Bildirilir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. 

R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. İş adamının cənazəsi ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri