Fev
2019
12:16
212
85
5128
Virtual karabakh

Qarabağda zəlzələ - YENİLƏNİB

4 Fev, 2019
12:16
5128

Qarabağda zəlzələ - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində son 24 saat ərzində ikinci zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb. 

Maqnitudası 2,5 bal olan zəlzələnin episentri Kəlbəcər rayonundan 6 kilometr şərqdə, yerin 10 kilometr dərinliyində olub.

Xatırladaq ki, dünən yerli vaxtla saat 09:30-da Kəlbəcərdə 3,3 bal gücündə zəlzələ olmuşdu.

3 fevral, 12:47

Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 09:30-da qeydə alınmış yeraltı təkanların gücü 3,3 bal olub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri