Fev
2019
16:04
581
24
8206
Virtual karabakh

Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi - VİDEO

4 Fev, 2019
16:04
8206

Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulları ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Baku TV-yə azyaşlının anası Rahilə Dadaşova məlumat verib. 

Belə ki, hesabdan pulu çıxaran şəxs - Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır.

Rahilə Dadaşova pulun geri qaytarılmasına sevinsə də, uşağın səhhətində yaranan digər problemlərə görə həkimlər onun müalicəsini dayandırıb. Anası deyir ki, Aylinin sağalması üçün 70 min dollar pula ehtiyac var.

Qeyd edək ki, bir müddət öncə Moskvada yaşadığı deyilən azərbaycanlı şəxs ailəyə yardım məqsədilə onları aldadaraq, hesabda olan bütün pulları ələ keçirmişdi.

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri