Fev
2019
16:51
23
529
9504
Virtual karabakh

Azərbaycanlı əsir Şuşadan Ermənistana aparılıb

5 Fev, 2019
16:51
9504

Azərbaycanlı əsir Şuşadan Ermənistana aparılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistana aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olub.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Qeyd edək ki, “Sputnik Armenia” agentliyinin məlumatına görə, E.Hüseynzadə Azərbaycana qayıtmaqdan imtina edib və üçüncü ölkəyə göndəriləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri