11 
Fev
2019
09:22
226
39
6484
Virtual karabakh

Göyçayda armud ağacı qışda bar verdi - FOTO

11 Fev, 2019
09:22
6484

Göyçayda armud ağacı qışda bar verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda qeyri-adi təbiət hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, qış fəslinə xarakterik olmayan armud növü bar verib.

Rayonun Birinci Ərəbcəbirli kəndində Həşimovlar ailəsinin həyətindəki armud ağacının üzərində üç ədəd armud yetişib.

Ev sahibi Gülsarə Həşimovanın sözlərinə görə, normalda yay aylarında bar verən ağac bu dəfə qış aylarında meyvə gətirib. Armud bildirçin-baldır növünə aiddir.

Qışda yetişən armud digərlərindən nə görünüşü, nə də dadı ilə fərqlənir.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri