11 
Fev
2019
09:39
122
22
4318
Virtual karabakh

Dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib

11 Fev, 2019
09:39
4318

Dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib. 

DSX-dən Oxu.Az-a verilən məlumata görə, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqa­mətində hərəkət edən bir nə­fər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq, İran istiqa­mətində geriyə doğru qaçıb.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib. 

Sərhəd nümayəndəliyi xətti ilə İranın sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə bir ədəd gecə görmə cihazı aşkar olunub.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri