11 
Fev
2019
13:35
99
35
2773
Virtual karabakh

“Rossiya 24” “Azərbaycan” pavilyonu barədə reportaj hazırladı - VİDEO

11 Fev, 2019
13:35
2773

“Rossiya 24” “Azərbaycan” pavilyonu barədə reportaj hazırladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Rossiya 24” xəbər kanalı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) əsas incilərindən olan “Azərbaycan” pavilyonunun kompleks restavrasiyası haqqında reportaj hazırlayıb.

Reportajda bildirilir ki, binanın cah-cəlallı mozaikadan ibarət  fasadı üzərində işlər, demək olar ki, yekunlaşıb. 

Hazırda mütəxəssislər interyerin ilkin rəngini bərpa etməklə məşğuldurlar.

İnteryerin rəngli qamması xarici tərtibatla həmahəngdir. Hər yerdə şərq memarlıq ənənələrinə uyğun olaraq bürünc və əlvan rənglərə rast gəlmək olur.

Pavilyonun restavrasiyası üzrə bütün xərcləri Azərbaycan öz üzərinə götürüb.

2019-cu ilin sonuna kimi pavilyonda ilk sərginin keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri