11 
Fev
2019
15:02
166
59
3365
Virtual karabakh

Seysmoloq: Güclü zəlzələ olmayacaq - VİDEO

11 Fev, 2019
15:02
3365

Seysmoloq: Güclü zəlzələ olmayacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

‌Fevralın 5-də Şamaxıda baş verən güclü zəlzələnin ardından çox sayda afterşok baş verib.

Bu barədə Oxu.Az-a Şamaxı Seysmoloji Xidmət Mərkəzinin direktoru İsmət Qasımov məlumat verib.

İsmət Qayıbov kiçik təkanların sayının 400-ə çatdığını bildirib. Baş verən təkanların gücü 2-3 bal olub. 

Onun sözlərinə görə, güclü zəlzələ olmayacaq, lakin kiçik təkanların baş verməsi qaçılmazdır:

“Bunlar hər hansı dağıdıcı qüvvəyə malik olmayan zəlzələlərdir. ‌Hazırda afterşoklar davam edir, bu proses ayın sonuna qədər davam edə bilər” .

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri