12 
Fev
2019
10:49
94
14
4290
Virtual karabakh

DTX “reket” jurnalist barədə məlumat yaydı - VİDEO

12 Fev, 2019
10:49
4290

DTX “reket” jurnalist barədə məlumat yaydı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizlik Xidmətində (DTX) araşdırılıb. 

Bu barədə Oxu.Az-a DTX-nin mətbuat xidmətindən məlumat daxil olub.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri