12 
Fev
2019
11:07
27
154
3579
Virtual karabakh

Bakıda ər arvadını qətlə yetirdi

Bakıda kişi ailə münaqişəsi zəminində arvadınının həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri