12 
Fev
2019
14:30
205
20
7502
Virtual karabakh

Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı

12 Fev, 2019
14:30
7502

Sumqayıtda qalmaqallı məktəb direktoru işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda qalmaqallı məktəb direktoru vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-a Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhər 9 nömrəli məktəbin direktoru Həqiqət Abdullayeva bu gündən etibarən tutduğu vəzifədən azad edilib:

“Bu gündən etibarən Sumqayıt şəhər 9 nömrəli məktəbin direktor vəzifəsinin müvəqqəti icrası mənə tapşırılıb. Hazırda direktor vəzifəsinə təyinatla bağlı qərar qəbul edilməyib. Daha əvvəl yaşanan problemlə bağlı araşdırma isə davam edir”.

Xatırladaq ki, H. Abdullayevanın adı mətbuatda məktəbdə baş verən hadisələrlə bağlı tez-tez hallanırdı. Son olaraq 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib. İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini təhqir etdiyini yazıb. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri