12 
Fev
2019
15:44
41
344
6233
Virtual karabakh

Göyçayda qadın abort zamanı öldü

12 Fev, 2019
15:44
6233

Göyçayda qadın abort zamanı öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. 

Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızı abort üçün xəstəxanaya müraciət edib. O, abort zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliyi məlumatı saytımıza təsdiq edib: 

“Qadın xəstəxanaya qanaxma ilə müraciət edib. Güclü qanaxmanın qarşısını almaq məqsədilə hamiləliyin süni dayandırılması qərarı verilib. Süni müdaxilə zamanı xəstə dünyasını dəyişib.

Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə Göyçay Rayon Prokurorluğu hadisəni araşdırır.

Ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi dörd hamiləlikdən üç qeysəriyyə kəsiyi əməliyyatı keçirib”.

Hadisə barədə ilk məlumatı Report yayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri