12 
Fev
2019
17:35
371
23
6787
Virtual karabakh

Balakəndə oğru pulu geri qaytardı: Şeytan məni aldatdı

12 Fev, 2019
17:35
6787

Balakəndə oğru pulu geri qaytardı: Şeytan məni aldatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən rayon sakini Sabir Teliyev Balakən rayon Polis Şöbəsinə müraciət edərək evindən 49 min ABŞ dollarının oğurlandığını bildirib.

Oxu.Az-ın məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pulu oğurlayan şəxs və şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Lakin bir müddət sonra Sabir Teliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, fevralın 7-də, axşam saatlarında onun yaşadığı evin pəncərəsindən naməlum şəxs və ya şəxslər bir torba atıblar.

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub. Müəyyən olunub ki, oğurlanan pul dörd min manata yaxın əskik geri qaytarılıb. Torbada pullarla yanaşı, daha əvvəl həmin evdən oğurlanan zinət əşyaları da olub.

Bundan əlavə, həmin torbaya “Şeytan məni aldatdı” yazısı olan məktub da qoyulub.

Hazırda pulları oğurlayan şəxs və ya şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, pullar Sabir Teliyevin Rusiyada yaşayan qardaşına məxsus olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri