15 
Fev
2019
12:13
15
89
6202
Virtual karabakh

Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər - VİDEO

15 Fev, 2019
12:13
6202

Bu xəstəliklər ömürlük korluğa səbəb ola bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sağlam həyat tərzi üçün bütün orqanların, eləcə də gözlərimizin normal fəaliyyəti çox önəmlidir. Statistikaya əsasən, ölkə üzrə görmə orqanının zədələnməsinə görə əlillik faktı kənd əhalisində təxminən 57%, şəhər əhalisində  43% təşkil edir. Kənd əhalisi arasında əlilliyin yüksək faizinin əsas səbəbi vaxtında tibbi reabilitasiyadan istifadə olunmamasıdır.

Oftalmoloq Rəhimə Poluxova Baku TV-yə açıqlamasında deyib ki, göz xəstəliklərində genetik faktor mühüm rol oynayır:

“Kitab oxumaq, kompüter arxasında oturmaq bu prosesi daha da sürətləndirə bilər”.

Həkimin sözlərinə görə, 65 yaşdan yuxarı hər kəsdə mirvari suyu deyilən göz xəstəliyinin yaranması ehtimalı var. Şəkərə bağlı göz xəstəlikləri isə müalicə olunmazsa, korluqla nəticələnə bilər. 

Bununla yanaşı, arterial təzyiq, revmatizma kimi xəstəliklərdən əziyyət çəkən insanlarda göz xəstəliklərinin yaranması riski daha böyükdür. Estetik gözəllik naminə istifadə olunan linzaların da təhlükəsi böyükdür. 

 
Billurə Mikayıllı, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri