15 
Fev
2019
11:21
39
69
2743
Virtual karabakh

Azərbaycanlı kişi Rusiyadan qovuldu, arvadının soyadı ilə yenə qayıtdı

15 Fev, 2019
11:21
2743

Azərbaycanlı kişi Rusiyadan qovuldu, arvadının soyadı ilə yenə qayıtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 14-də Peterburqun Primorsk rayonunda iki azərbaycanlı saxlanılıb. 

Bununla bağlı “Nevskiye Novosti” portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

Araşdırmalar zamanı Əsədov soyadlı 34 yaşlı azərbaycanlının ötən il Rusiyadan deportasiya edildiyi və bu ölkə ərazisinə girişinə beş illik qadağa qoyulduğu aydınlaşıb. 

Bildirilib ki, Əsədov həmin şəxsin əsl soyadı deyil. Musayev soyadlı kişi Rusiya ərazisinə daxil olmaq üçün həyat yoldaşının soyadını qəbul edib. 

Onunla yanaşı, dostu, 1993-cü il təvəllüdlü digər azərbaycanlı Qəhrəmanov da saxlanılıb. Üzərinə baxış zamanı ondan “Qlok” markalı tapança və 15 güllə aşkar edilib. 

Faktla bağlı cinayət işi başlanıb. Qəhrəmanov həbs edilib. Əsədov isə deportasiya edilməsi üçün müvəqqəti saxlama təcridxanasına göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri