15 
Fev
2019
11:49
49
134
3169
Virtual karabakh

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

15 Fev, 2019
11:49
3169

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dünyada iki məsələ aktualdır: biri insanlardan orqan köçürülməsi, digəri isə heyvanlardan.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib.

O bildirib ki, yaxın gələcəkdə orqan marketlərinin yaradılması planlaşdırılır:

“Bu gün ilk növbədə ölkədə böyrək, qaraciyər transplantasiyasına ehtiyac duyan xəstələrin sayı çoxdur. Daha sonra sümük iliyi tranplantasiyasına da çox sayda tələbat var. Bu istiqamətdə çoxsaylı işlər görülür. Bizim Tədris Cərrahiyyə Klinikasında, Respublika Diaqnostika Mərkəzində, Gömrük Hospitalında böyrək və qaraciyər əməliyyatları həyata keçirilir.

Sümük iliyi əməliyyatları Respublika Talassemiya Mərkəzində aparılır. Z.Əliyeva adına Göz institutunda isə gözün buynuz qişasının transplantasiyası əməliyyatının aparılmasına başlanılıb. Ümumilikdə, ölkədə bu sahənin inkişafı üçün həm qanunun təsdiqlənməsinə, həm də digər geniş təşkilati işlərə böyük ehtiyac var”.

N.Bayramov dünyada orqan transplantasiyası sahəsində yeni alternativlərin axtarıldığını deyib:

“Bu gün həm geni dəyişdirilmiş heyvanlardan insanlara orqan köçürülməsi istiqamətində, həm də süni orqanların hazırlanması istiqamətində araşdırmalar aparılır. Hələlik bu sahədə insanlar üzərində tətbiq edilən uğurlu nəticələr yoxdur. Hamısı eksperimental səviyyədədir. Lakin işlər sürətlə davam etdirilir.

Düşünürük ki, yaxın 2-3 il ərzində bu problemin həllində çox ciddi nəticələr əldə ediləcək. Müəyyən dövr sonra xüsusi orqan marketləri də yaradılacaq. İnsanlar bu marketlərdən özlərinə lazım olan orqanları ala biləcəklər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri