15 
Fev
2019
15:35
37
87
5154
Virtual karabakh

Sahibkarlara xəbərdarlıq: dövlət qurumları hərəkətə keçdi, komissiya yaradıldı

15 Fev, 2019
15:35
5154

Sahibkarlara xəbərdarlıq: dövlət qurumları hərəkətə keçdi, komissiya yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.

AQTA-dan verilən məlumata görə, müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Məlumatda qeyd edilib ki, agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün AQTA yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Agentlikdən bildirilib ki, sahibkarlar əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat verməlidirlər:

“Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri