15 
Fev
2019
17:16
68
381
16687
Virtual karabakh

Bakıda ağır qəza törədən sürücü öldü - VİDEO

15 Fev, 2019
17:16
16687

Bakıda ağır qəza törədən sürücü öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonu ərazisində “BakuBus” MMC-yə məxsus 2 saylı avtobusla toqquşan “KİA Rio” markalı minik avtomobilinin sürücüsü dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, hadisə fevral ayının 14-də Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. 

Belə ki, “KİA Rio” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emin Vahid oğlu Məmmədov hərəkətdə olarkən idarəetməni itirib və 2 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət nömrə nişanlı avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik avtomobilinin sürücüsü E.Məmmədov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri