16 
Fev
2019
11:53
1086
77
31981
Virtual karabakh

Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq - VİDEO

16 Fev, 2019
11:53
31981

Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada baş vermiş insidentdən sonra azərbaycanlılarla çeçenlər bir araya gəliblər.

Oxu.Az xəbər verir ki, hər iki tərəfin nümayəndələri bu hadisələri təxribat adlandırıb və heç kimi buna uymamağa çağırıb. 

Fuad Səfərov adlı şəxs görüşü sosial şəbəkədə canlı yayımlayıb. Məclisdə çıxış edən çeçenlərdən biri azərbaycanlılarla qardaş olduqlarını və həmişə dost münasibəti saxladıqlarını dilə gətirib:

“Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar. 

Biz dostuq, qardaşıq. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz”.

Şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında münaqişə yaratmağın düzgün olmadığını dilə gətirən çeçen şəxsi problemlərin fərdi şəkildə həll edilməli olduğunu qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri