16 
Fev
2019
13:40
100
21
4838
Virtual karabakh

“Nikoil Bank” əməkdaşlarının həbsi haqqında

16 Fev, 2019
13:40
4838

“Nikoil Bank” əməkdaşlarının həbsi haqqında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nikoil Bank” Sumqayıt filialının rəhbər şəxslərinin həbsi ilə bağlı yayılan məlumata reaksiya verib.

Oxu.Az-a verilən məlumata görə, 2016-cı ildə daxili istintaq zamanı “Nikoil Bank” tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntuları aşkar olunub. “Nikoil Bank” sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət edib.

Baş Prokurorluq tərəfindən bu işin gedişatı bir neçə gün əvvəl ictimaiyyətə açıqlanıb və rəsmi bəyanatda istintaqın nəticələri yayımlanıb. “Nikoil Bank” bu istintaqın uğurla başa çatması ilə əlaqədar  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən “Nikoil Bank”ın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsi ilə  müasir idarəetmə proseslərini tətbiq edib. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri