16 
Fev
2019
16:01
219
66
7930
Virtual karabakh

DYP “avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı səhvini boynuna aldı

16 Fev, 2019
16:01
7930

DYP “avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı səhvini boynuna aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü adı ilə üç cərimə yazılması barədə məlumat yayılıb.

Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. 

Bildirilib ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 915954 olan Hüseynov Məhəbbət Bakir oğlu idarə etdiyi “Daeweo” markalı, 99 SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib olunub.

Lakin YPX əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 915964 olan Zərdab rayon sakini Eminov Nurəddin Bəhlul oğlunun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Zərdab rayon sakinin ünvanına gedib: 

“Tələbə haqlı olaraq narazılığını bildirib. Lakin təəssüflər olsun ki, o, ilk növbədə DYP-yə rəsmi qaydada müraciət etməkdənsə, kütləvi informasiya vasitələrinə üz tutub. Bununla belə DYP həmin məsələni dərhal araşdırıb və texniki səhv aradan qaldırılıb. Yəni, əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb. Cərimələr Hüseynov Məhəbbət Bakir oğlunun adına rəsmiləşdirilib və məsələ öz həllini tapıb”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri