17 
Fev
2019
00:25
50
385
9265
Virtual karabakh

Bakıda 75 min manata ağac satılır - VİDEO

17 Fev, 2019
00:25
9265

Bakıda 75 min manata ağac satılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlmisiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır.

Bu barədə “Xəzər” TV-nin süjetində deyilir.

Buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.

Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.

Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər çatır.

Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.

Bu bitkilərin, xüsusilə də zeytun ağaclarının Abşeron yarmadasının iqliminə uyğunlaşdığı da bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri