18 
Fev
2019
14:54
81
86
6116
Virtual karabakh

Qobustanda maşın iki yerə bölündü, sürücü sağ qaldı - VİDEO

18 Fev, 2019
14:54
6116

Qobustanda maşın iki yerə bölündü, sürücü sağ qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend məlumat yayıb.

hadisə ötən gün saat 17:00 radələrində Qobustan rayonunun Qobustan (keçmiş Mərəzə) qəsəbəsinin ərazisinə düşən yolda qeydə alınıb.

Rayondan Bakıya gələn “Toyota Pickup” markalı avtomobil yolda beton arakəsməyə çırpılıb. Zərbənin gücündən avtomobil iki yerə bölünüb. Hadisə nəticəsində sürücü başından xəsarətlər alıb, qəza yerinə gələn təcili tibbi yardım ona ilkin tibbi yardım göstərib.

İlkin ehtimallara görə, hadisəyə səbəb yolun buz bağlaması olub, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri