20 
Fev
2019
16:53
272
19
3519
Virtual karabakh

Göyçayda abort zamanı ölümə görə iki nəfər işdən çıxarıldı

20 Fev, 2019
16:53
3519

Göyçayda abort zamanı ölümə görə iki nəfər işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayon Mərkəzi Xəstəxanasında abort edərkən qadının ölümünə səbəb olan ginekoloq işdən çıxarılıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Məlumata görə, xəstəxananın Tibbi Şurasının növbədənkənar iclası keçirilib:

“İclas fevralın 12-də xəstəxanada Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızının abort zamanı dünyasını dəyişməsi ilə bağlı olub.

Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Həmçinin, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub”.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri