21 
Fev
2019
10:21
12
344
5376
Virtual karabakh

Bakıda evdə soba partladı: bir ailə yandı, ölən var - YENİLƏNİB

21 Fev, 2019
10:21
5376

Bakıda evdə soba partladı: bir ailə yandı, ölən var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Bakıda evdə odun sobasının partlaması nəticəsində xəsarət alan ailə üzvlərinin vəziyyətini açıqlayıb.

Nazirlikdən Oxu.Az-a verilən açıqlamaya görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin dörd üzvü yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıb:

“1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onların vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar. 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. O, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ötən gün 11:20 radələrində dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızına bədənin 50-55 faizi 3a və 3b dərəcəli yanığı diaqnozu qoyulub:

“Vəziyyəti ağır stabildir”.

10:11

Bakının Suraxanı rayonu, Binə qəsəbəsində evdə odun sobası partlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Hövsanda “Südçülük sovxozu” adlanan ərazinin yaxınlığında baş verib.

1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evin qonaq otağında olan odun sobasını yandıran zaman oraya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.

Bu zaman odun sobası partlayıb və özü, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları - 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Məhəmməd Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri