21 
Fev
2019
14:02
80
29
2444
Virtual karabakh

Ailələrdəki çox uşağın məsuliyyətini kim daşımalıdır? - SORĞU

21 Fev, 2019
14:02
2444

Ailələrdəki çox uşağın məsuliyyətini kim daşımalıdır? - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2010-cu ildən bu günədək ölkə əhalisi hər il orta hesabla 112 min nəfər artıb. Lakin 2016-cı ildən başlayaraq, Azərbaycanda təbii artımda kəskin azalma müşahidə olunur. 

Oxu.Az xəbər verir ki, 2016-cı ildə ölkədə təbii artım 104,4 min nəfər olubsa, 2017-ci ildə bu göstərici 88,1 min nəfərə düşüb. Buna səbəb ailələrin çox uşaqdan imtina etməsidir. 

Lakin paytaxtda olmasa da, rayon və kənd yerlərində çoxuşaqlı ailələrə rast gəlmək mümkündür.

Bu ailələr isə çox vaxt uşaqları böyütmək üçün maddi durumlarının kifayət etmədiyindən gileylənirlər. Onlar hökumətdən yardım istəyirlər. Bu cür ailələr də bəzən qınaq obyektinə çevrilir. 

Bəs görəsən, çoxuşaqlı ailələrdə məsuliyyət kimin üzərinə düşür: ailələrin, yoxsa dövlətin?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri