23 
Fev
2019
13:28
792
40
10213
Virtual karabakh

Tehranda bayrağımızı müdafiə edən məktəbli danışdı

23 Fev, 2019
13:28
10213

Tehranda bayrağımızı müdafiə edən məktəbli danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməsi barədə danışıb.

Zəhra Salmanlı Oxu.Az-a açıqlamasında bildirib ki, turnirin keçirildiyi məkanda bayrağımızın Ermənistan bayrağının altından asılması görən zaman etiraz edib:

“Mən ilk öncə bu barədə mənimlə bərabər Tehrana səfər edən nənəmə bildirdim. Daha sonra isə komanda yoldaşlarım Ulvira və Elnaz ilə birlikdə yarış təşkilatçılarına müraciət etdik.

Bildirdim ki, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağam. Təşkilatçılar bizə bildirdilər ki, səhvən belə hal olub və səhv aradan qaldırılacaq”.

“Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatıldım. Mən vətənimi sevirəm. Yarışda bayrağımizin Ermənistan bayrağı altından asılmasına etirazım vətənimə olan sevgimdəndir”, - deyə Zəhra Salmanlı bildirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri